CƏMİYYƏT


Azərbaycan tütünlə bağlı monitorinq fəaliyyətinin gücləndirilməsi  sahəsində uğurlar əldə edib

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycanda tütünlə mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir. Dünya Səhiyyə Təşkilatının 2017-ci ilin qlobal tütün epidemiyası barədə açıqladığı hesabatında Azərbaycanın tütünlə bağlı monitorinq fəaliyyətinin gücləndirilməsi, bu istiqamətdəki uğurları qeyd olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatda “Azərbaycan tədqiqatların nəticələrindən tütünlə mübarizə təşəbbüslərini dəstəkləmək üçün istifadə edir” başlıqlı xülasədə ölkəmizin tütünə nəzarət üzrə bir sıra milli tədqiqatları vurğulanıb, bu tədqiqatların Azərbaycanda tütündən istifadə səviyyəsinin azaldılması məqsədi ilə aparılan tütünlə mübarizə tədbirlərinin dəstəklənməsində, xüsusilə də tütünə dair ölkə qanunvericiliyinin təkmilləşdirilməsində rolu açıqlanıb.

Hesabata əsasən, tütündən istifadənin tammiqyaslı monitorinqi ilə məşğul olan ölkələrin sayı 2007-2016-cı illərdə 46-dan 76-dək yüksəlib. Nəticədə, tütündən istifadə üzrə müvafiq qaydada monitorinq edilən dünya əhalisinin sayı 20 faizdən 39 faizədək artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.