İQTİSADİYYAT


Azərbaycan üç ölkəyə fındıq ixrac edəcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Litva, İtaliya və Bolqarıstana fındıq ixrac edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 5-9-da Almaniyanın Köln şəhərində təşkil olunan “Anuga 2019” beynəlxalq ərzaq sərgisi çərçivəsində azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar.

Fındıq istehsalı ilə məşğul olan Azərbaycanın “Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb, İtaliyada fəaliyyət göstərən distribüterlə 22 ton, Bolqarıstandan olan şirkətlə isə 10 ton fındıq məhsulun ixracına dair ilkin razılıq əldə edib.

Bundan başqa, “Ləzzət Biskvit və Şokolad Fabriki” şirkəti 20 ton qənnadı məmulatının, “Baku Konserv” və “Babək Sirab” şirkətləri məhsullarının ixracına dair ilkin razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.