İQTİSADİYYAT


“Azərbaycan üçün alman farmasevtik məhsulları” üzrə təqdimat keçiriləcək

Bakı, 6 avqust, AZƏRTAC

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) avqustun 22-23-də farmasevtika sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərindən ibarət nümayəndə heyətinin ölkəmizə ikigünlük işgüzar səfərini təşkil edir.

“AHK Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi alman şirkətlərinin fəaliyyət, layihə və təkliflərinin tanıdılması, əməkdaşlıq imkanlarının müzakirəsi və regionda planlaşdırılan fəaliyyətləri haqqında yaxından məlumat verməkdir. Bu məqsədlə “AHK Azərbaycan” farmasevtika sahəsində fəaliyyət göstərən yerli şirkətləri avqustun 22-də "Azərbaycan üçün alman farmasevtik məhsulları" üzrə təqdimat edəcək. Tədbirdə Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri və Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.