Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan universitetlərinin livanlı məzunlarından

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin məzunu olmuş livanlı həkimlər və mühəndislər adından Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını torpaqlarınızın Ermənistan işğalından azad edilməsi ilə nəticələnən bu tarixi və böyük Qələbə münasibətilə təbrik edirəm.

Sizin qətiyyətiniz və əzmkarlığınız, rəşadətli ordunuzun qəhrəmanlıqları və Azərbaycan xalqının Qarabağın azad edilməsi istiqamətində səylərinizi yekdilliklə dəstəkləməsi bu böyük Qələbəyə yol açdı.

Biz - Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin livanlı məzunları bu böyük nailiyyət münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Allahdan Zati-alinizə və böyük Azərbaycan xalqına davamlı tərəqqi və nailiyyətlər diləyirik.

Hörmətlə,

 

Azərbaycan universitetlərinin livanlı məzunları adından

Professor Akram Tarhini

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin