İDMAN


Azərbaycan üzgüçüsü Avropa çempionatının finalına yüksəlib

Bakı, 7 iyul, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Ramil Vəlizadə yenidən finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, iyulun 7-də təmsilçimiz 100 metr məsafəyə batterflyay üsulla üzmə yarışının təsnifat mərhələsində uğurla çıxış edib. Belə ki, idmançımız 54,11 saniyəlik nəticə ilə finala vəsiqə qazanıb.

Təmsilçimiz iyulun 8-də medallar uğrunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.