İDMAN


Azərbaycan üzgüçüsü Ramil Vəlizadə finala adlaya bilməyib

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə XV Avropa Gənclər Yay Olimpiya Festivalında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında nəticəsini yaxşılaşdırsa da (56.12 saniyə) bu, ona finala adlamağa kifayət etməyib. O, müəyyən olunmuş məsafəyə doqquzuncu çatıb.

Bu yarışda ən yaxşı nəticəni təsnifat mərhələsində olduğu kimi danimarkalı Rasmus Nikelsen göstərib. Skandinaviya təmsilçisi finişə 53.47 saniyəyə çatıb. Polşalı Pavel Urinyuk (54.27 saniyə), avstriyalı Martin Espernberger (54.58 saniyə), rusiyalı Andrey Çulkov (54.86 saniyə), macarıstanlı Hubert Kos (55.11 saniyə), almaniyalı Kirill Lammert (55.29 saniyə), türkiyəli Sarpcan Tezel (55.37 saniyə) və italiyalı Matteo Ritarossi (55.66 saniyə) finala vəsiqə əldə ediblər.

Oğlanlar arasında 100 metr məsafəyə batterflay üsulla üzmə yarışının qalibi iyulun 26-da müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.