İDMAN


Azərbaycan üzgüçüsü “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Bakı, 7 mart, AZƏRTAC 

Azərbaycan üzgüçüsü Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə məlumatı AZƏRTAC-a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib.

Onun sözlərinə görə, üzgüçümüz Maksim Şemberev Berlində keçirilmiş “Swim Meeting” beynəlxalq turnirində qızıl və gümüş medallar qazanıb. M.Şemberev 1500 metr məsafəyə (15 dəqiqə 38,59 saniyə) sərbəst üsulda qızıl, 400 metr məsafəyə kompleks üzmədə isə gümüş (24,03 saniyə) medal qazanıb.

“Üzgüçümüzün göstərdiyi hər iki nəticə "B" təsnifat normativini üstələyir ki, bu da Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına iştirak etmək hüququ verir. Ölkəmiz müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq üzgüçülərimiz “B” təsnifat normativlərini üstələyərək lisenziya qazanıblar”, - deyə Məqsəd Rəhimov bildirib.

Mətbuat xidmətindən bildiriblər ki, digər Azərbaycan üzgüçüsü Anton Jeltyakov isə brass üsulla 200 metr məsafəyə (2 dəqiqə 18,86 saniyə) yarışda bürünc medal qazanıb. Onun "B" təsnifat normativini üstələyərək lisenziya qazanması üçün cəmi 2 saniyəsi çatmayıb.

“Anton Jeltyakovun lisenziya qazanması üçün bir neçə saniyə çatmadı. Bu da onun səhhətindəki xırda problemlə bağlı idi. Bu yaxınlarda Belarusun Brest şəhərində lisenziya hüquqlu keçiriləcək növbəti yarışda Anton Jeltyakovdan və 2 dəfə finala yüksələn digər üzgüçümüz Boris Kirilovdan "B" təsnifat normativini üstələyərək lisenziya qazanmalarını gözləyirik”, - deyə Məqsəd Rəhimov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.