İDMAN


Azərbaycan üzgüçüsü dünya kubokunun mərhələ yarışında iki medal qazanıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan üzgüçüsü Maksim Şemberev Hollandiyanın Eyndhoven şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında bir qızıl və bir bürünc medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasından AZƏRTAC-a bildiriblər ki, təmsilçimiz 1500 metr məsafəyə sərbəst üsulla yarışlarda hamını üstələyərək qızıl medala sahib olub. M.Şemberyev 400 metr məsafəyə kompleks üzgüçülükdə isə bürünc medalla kifayətlənib.

Hazırda 400 metr məsafəyə üzgüçülük yarışlarında M.Şemberev dünya reytinqində 10-cu, Avropa reytinqində isə 3-cü yerdədir.

Qeyd edək ki, sentyabrda Qətərin paytaxtı Dohada üzgüçülük üzrə dünya kubokunun ikinci mərhələsində M.Şemberev kişilər arasında 200 metr məsafəyə batterflay üsulla yarışda qalib olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Qarışıq üsulla 400 metr məsafəyə yarışlarda isə üzgüçümüz gümüş medal qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.