İDMAN


Azərbaycan üzgüçüsü gənclər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb

Bakı, 6 iyul, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə üzgüçülük üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda ölkəmizi 3 idmançı - milli komandanın üzvləri Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edir.

Yarışın birinci günündə R.Vəlizadə 200 metr batterflyay üsulunda əvvəlcə yarımfinala, sonra isə finala vəsiqə qazanıb.

Üzgüçülük üzrə milli komandamızın baş məşqçisi Rəşad Əbdürrəhmanov R.Vəlizadənin bu yarışda yüksək nəticə qazanmaq şansının böyük olduğunu bildirib.

“Ramil Vəlizadə finala özünün ən yaxşı göstəricisi ilə vəsiqə qazanıb. O yarımfinalda üçüncü olub. Hesab edirəm ki, finalda idmançımız var qüvvəsi ilə medal uğrunda mübarizə aparacaq və yaxşı nəticə göstərəcək”, - deyə millinin baş məşqçisi əlavə edib.

Qeyd edək ki, bu gün R.Vəlizadə finalda gücünü sınayacaq. Digər üzgüçülərimiz isə də bu gün mübarizəyə qatılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.