SİYASƏT


Azərbaycan və Bəhreyn arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri şeyx Xalid bin Əhməd bin Məhəmməd Al Xəlifə ilə görüşüb.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirlər ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, turizm və humanitar sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunduğunu qeyd edərək bu çərçivədə görülən tədbirlərdən danışıb.

Görüşdə turizm sahəsində əməkdaşlığın inkişafı, Bəhreyndən və Körfəz Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana gələn turistlərin sayının əsaslı dərəcədə artması məmnuniyyətlə qeyd olunub.

Elmar Məmmədyarov həmkarına Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərini işğalı, işğal olunmuş ərazilərdə xalqımızın maddi-mədəni irsinin, o cümlədən İslam dininə aid abidələrin talan və məhv edilməsi və münaqişənin həlli ilə bağlı danışıqlar barədə məlumat verib.

Tərəflər, həmçinin BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyindəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.