SİYASƏT


Azərbaycan və Belarus ekspertləri arasında mühəndis-texniki təminat üzrə müzakirələr aparılır

Bakı, 5 noyabr, AZƏRTAC 

Azərbaycan ilə Belarus arasında imzalanmış 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin müvafiq qurumlarının ekspertləri arasında işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 8-dək davam edəcək görüşdə ekspertlər qarşılıqlı təcrübə mübadiləsi məqsədilə mühəndis-texniki təminat üzrə müzakirələr aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.