İQTİSADİYYAT


Azərbaycan və Belarus sahibkarları arasında müqavilələr imzalanıb

Bakı, 20 may, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçirilən sərgi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Belarus Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikovun iştirakı ilə sahibkarlar üçün görüş keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən Vüqar Zeynalov Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti, beynəlxalq tərəfdaşları və ölkəmizin ixrac imkanları ilə bağlı məlumat verib. Həmçinin işğaldan azad olunmuş Qarabağ torpaqlarında görülən işlər, bu ərazilərin investisiya cəlbediciliyi barədə çıxış edib.

Mixail Myatlikov da öz növbəsində Belarus Ticarət-Sənaye Palatasının fəaliyyəti, ixrac missiyaları barədə geniş məlumat verib. Görüşün sonunda Azərbaycan və Belarus şirkətləri arasında 55 milyon ABŞ dolları dəyərində 12 müqavilə imzalanıb.

“Ümumi məbləği təxminən 55 milyon dollar olan bir sıra müqavilələr imzalanıb. Yeni əlaqələr qurulur. Düşünürəm ki, yaxın bir neçə gün ərzində yeni müqavilələr barədə də eşidəcəyik”, – palatanın sədri bildirib. Onun sözlərinə görə, əsas müqavilələr ağac emalı sektorunda bağlanıb. Bunlara faner (17,9 mln. dollar), taxta piltələr (14,4 mln. dollar), laminat döşəmə (7,4 mln. dollar), taxta-şalban (2,1 mln. dollar), yapışqan faner (5,3 mln. dollar), üçqat sellülozla üzlənmiş taxta (2,4 mln. dollar) tədarükü üzrə müqavilələr daxildir.

Digər aktual sahə qidadır. Quru süd məhsulları (2 mln. dollar), uşaq qidası və digər ixtisaslaşdırılmış məhsulların (1,2 mln. dollar) tədarükünə dair kommersiya müqavilələri imzalanıb.

Həmçinin, bir milyon dollar dəyərində şüşə və büllur məmulatlarının tədarükünə dair müqavilə və Azərbaycan bazarına müxtəlif növ məhsulların tədarükü üçün bir sıra digər müqavilələr imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.