SİYASƏT


Azərbaycan və Belarus təhlükəsizlik sahəsində birgə layihələri davam etdirmək niyyətindədirlər

Minsk, 3 dekabr, AZƏRTAC

Minskdə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə müxtəlif sahələrdə dövlətlərarası qarşılıqlı fəaliyyət məsələləri, iki ölkənin təhlükəsizliyinin təmin edilməsində ikitərəfli əməkdaşlığın perspektivləri kompleks şəkildə müzakirə edilib.

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi hərbi helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə əlaqədar Azərbaycan tərəfə başsağlığı verib.

Tərəflər hər iki ölkənin strateji tərəfdaşlıq kursuna, əlaqələrin möhkəmləndirilməsinə, müdafiə üzrə birgə layihələrin və hüquq-mühafizə fəaliyyətinin inkişaf etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.