CƏMİYYƏT
Azərbaycan və Belarusun müəssisələri arasında xəstəliklərin monitorinqi ilə əlaqədar anlaşma memorandumu imzalanıb
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Belarusun S.N.Vişelyeski adına Eksperimental Baytarlıq İnstitutu Respublika Elmi-Tədqiqat Unitar Müəssisəsi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Minskdə keçirilən "Belagro-2021" sərgisi çərçivəsində imzalanan memorandumda bakterioloji, molekulyar-genetik, parazitoloji, biokimyəvi, toksikoloji, seroloji müayinələrin təkmilləşdirilməsi, baytarlıq preparatlarının, yem və yem əlavələrinin, eləcə də heyvan mənşəli məhsulların sınaqlarının təkmilləşdirilməsi sahəsində birgə əməkdaşlığın genişləndirilməsi öz əksini tapıb.
Anlaşma memorandumuna əsasən iki ölkə arasında xüsusi təhlükəli xəstəliklərin monitorinqi, proqnozlaşdırılması, profilaktikası və digər sahələrdə uzunmüddətli əməkdaşlıq həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]