SİYASƏT


Azərbaycan və Benilüks ölkələri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş imzalanıb

Brüssel, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks dövlətləri hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” imzalanıb.

AZƏRTAC xəbər verir ki, Saziş Benilüks ölkələrinin Brüsseldə yerləşən Baş Katibliyinin binasında, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, Niderlandın Belçikadakı səfiri xanım Maryem Van den Heuvel, Belçikanın Avropa İttifaqı yanında daimi nümayəndəsi Fransua Ru, Lüksemburqun Avropa İttifaqı yanında daimi nümayəndəsi Jorj Friden tərəfindən imzalanıb.

Sənədin imzalanması minlərlə xidməti pasport sahibinin bu ölkələrin ərazilərinə vizasız gediş-gəlişi üçün imkan yaradacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.