CƏMİYYƏT


Azərbaycan və Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransı arasında əməkdaşlıq genişlənir

Bakı, 21 yanvar, AZƏRTAC 

Yanvarın 21-də Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev Haaqada yerləşən Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının (BXHHK) baş katibi Kristof Bernaskoni ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Niderlanddakı səfirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransı arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri, ölkəmizin üzv olduğu Haaqa konvensiyaları, təşkilatın fəaliyyəti, Azərbaycana göstərilə biləcək texniki yardım və məxsusi təlimlərin təşkili mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Səmimi şəraitdə keçən söhbət zamanı tərəflər əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı ümumi razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.