ELM VƏ TƏHSİL


Azərbaycan və Bolqarıstan yumorunun xüsusiyyətləri ilk dəfə nəzəri cəhətdən təhlil olunub

Bakı, 21 iyun, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən “Dünya gülüşü və bolqar yumoru” mövzusunda onlayn beynəlxalq simpoziumda iştirak edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq aləmdə dünya gülüşü mədəniyyətinin əsas mərkəzlərindən biri kimi qəbul edilən Qabrovo yumoruna sahib olan Bolqarıstanda təşkil edilən simpozium həm də bolqar satirasının görkəmli yaradıcıları hesab edilən Dimitri Podvrzaçov və Vixren Çernokojevin xatirəsinə həsr edilib. Beynəlxalq elmi konfransda bolqar alimləri ilə yanaşı, Türkiyə tədqiqatçılarının da elmi məruzələri dinlənilib. Tədbirdə satiranın problemləri və milli ədəbiyyatlarda gülüş mədəniyyəti məsələləri geniş müzakirə olunub, Qabrovo yumoru haqqında ayrıca məruzə dinləyicilərə təqdim edilib.

Akademik İsa Həbibbəyli simpoziumda “Satira nəzəriyyəsinə yenidən baxış: Azərbaycanın Şəki gülüşü və Bolqarıstanın Qabrovo yumorunun oxşar və fərqli xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə satiranın ədəbi növ əmələ gətirmək xarakterinə malik olmasına, satira janrlarının spesifikası məsələlərinə xüsusi yer ayrılıb. Akademikin məruzəsində, eyni zamanda, Azərbaycanın Şəki gülüşü ilə Bolqarıstanın Qabrovo yumorunun oxşar və fərqli xüsusiyyətləri ilk dəfə nəzəri cəhətdən təhlil olunub və bədii nümunələrlə izah edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.