İQTİSADİYYAT


Azərbaycan və Böyük Britaniya imzalanacaq beynəlxalq avtomobil daşımalarına dair ikitərəfli Sazişi müzakirə edib

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə, eyni zamanda, ölkələrimiz arasında bağlanacaq ikitərəfli Sazişin tələblərinin ilkin müzakirəsi ilə bağlı oktyabrın 11-də Bakıda Beynəlxalq Nəqliyyat Forumunun növbəti “Bakı Sessiyası” ərəfəsində ikitərəfli görüş keçirilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında DANX-ın rəisi Həbib Həsənov, Böyük Britaniya nümayəndə heyətinə isə Nəqliyyat Departamentinin Operatorların lisenziyalaşdırılması bölməsinin rəhbəri Dunkan Prays rəhbərlik edib.

İclasda Azərbaycanda Beynəlxalq Nəqliyyat Forumunun keyfiyyət xartiyasının tətbiqi ilə bağlı mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, Böyük Britaniyada və Azərbaycanda kommersiya məqsədli daşımalar sahəsində mövcud reallıq və problemlər, daşımaların inkişafı perspektivləri, eyni zamanda, Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olması və bu baxımdan bu strategiyanın həyata keçirilməsində Azərbaycanın nəqliyyat-logistika üstünlüyü və digər aktual məsələlər əsas müzakirə predmetlərindən olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.