ELM VƏ TƏHSİL


Azərbaycan və Çin alimlərinin birgə tədqiqat mərkəzləri yaradıla bilər

Bakı, 23 sentyabr, AZƏRTAC

Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər – bir yol” layihəsi bəhrəsini verir. Artıq layihə çərçivəsində Çin 40-dan çox ölkə və qurumla əməkdaşlıq memorandumu imzalayıb.

AZƏRTAC xəbər verir ki, Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu elmi şurasının sədri, professor Pey Çanxun Bakıda “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib. O, “Bir kəmər – bir yol” layihəsinin Azərbaycan-Çin münasibətlərini daha da inkişaf etdirdiyini söyləyib.

Ölkəsinin investisiya imkanlarından danışan Pey Çanxun deyib: ”Böyük turizm potensialı olan Azərbaycanda bu sahəyə Çin şirkətlərini təşviq edə bilərik”. Çinli professor İki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq imkanlarından bəhs edib. O, Azərbaycanda və Çində hər iki ölkə alimlərinin birgə tədqiqat mərkəzlərinin yaradılması təklifini irəli sürüb. Qeyd edib ki, bu, Azərbaycan-Çin əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.