İQTİSADİYYAT


Azərbaycan və Çinin turizm assosiasiyaları arasında memorandum imzalanıb VİDEO

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Turizm Assosiasiyası (AzTA) Çinin Şanxay şəhərində keçirilən “Travel Trade Show - İTB 2018” sərgisində iştirak edir.

AzTA-dan AZƏRTAC-a bildirilib ki, assosiasiyanın təşkilatçılığı ilə sərgidə 8 yerli turizm şirkəti təmsil olunur. Şirkətlər müxtəlif reklam vasitələri ilə ölkəmizin turizm potensialını təbliğ edir və potensial tərəfdaşlarla biznes əlaqələrinin qurulması haqqında danışıqlar aparırlar.

Sərgidə Azərbaycanın turizm imkanlarına həsr olunmuş stend iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində Azərbaycan və Çinin turizm assosiasiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandum birgə layihələrin həyata keçirilməsi, beynəlxalq sərgilərdə iştirak, eləcə də qarşılıqlı turist axınını təmin etmək sahələrində əməkdaşlığı nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.