İQTİSADİYYAT


Azərbaycan və Estoniyanın gömrük qurumları qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması barədə ilkin razılıq əldə ediblər

Azərbaycan və Estoniyanın gömrük qurumları qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması barədə ilkin razılıq əldə ediblər

Bakı, 9 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində təşkil olunan Beynəlxalq Zəkat, Vergi və Gömrük Konfransı çərçivəsində Azərbaycan nümayəndə heyəti növbəti görüşünü Estoniya Vergi və Gömrük Şurasının baş direktoru Raigo Uukkivi ilə keçirib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki ölkənin gömrük orqanları arasındakı mövcud əlaqələrdən məmnunluqla bəhs edilib, qarşılıqlı faydalı layihələr barədə müzakirələr aparılıb. Eyni zamanda, Estoniya gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərin, hər iki qurumun qabaqcıl təcrübələrinin öyrənilməsi və paylaşılması barədə ilkin razılıq əldə olunub.

Həmçinin Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Estoniya gömrüyünün daimi təmsilçisinin mümkün fəaliyyətinin əhəmiyyəti vurğulanıb və əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.