SİYASƏT


Azərbaycan və Fransa Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Fransa Respublikasının Xarici İşlər naziri Jan-İv Lö Drian arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov rəsmən atəşkəs elan olunmasından sonra Ermənistan silahlı qüvvələri tərəfindən ikinci dəfə humanitar atəşkəsin pozulduğu barədə Fransa Xarici İşlər nazirinə məlumat verib. O qeyd edib ki, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması, Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində hücum cəhdləri açıq şəkildə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini, Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqeləri yenidən ələ keçirməyi hədəfə aldığını göstərir.

Nazir humanitar atəşkəsi pozmaqla Ermənistan Respublikasının bir daha beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü beynəlxalq öhdəliklərə biganə olduğunu nümayiş etdirir.

Nazir Jan-İv Lö Drian humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğulayıb və ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında təxirə salınmadan mahiyyət üzrə danışıqların zəruriliyini qeyd edib.

Nazir bu müharibə cinayətinə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayıb. Nazir Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının bölgədə sülhün təminatı üçün mühüm şərt olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.