İQTİSADİYYAT


Azərbaycan və Fransanın enerji sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan-Fransa dövlət və özəl sektoru arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycanın Energetika Nazirliyi ilə Fransa Sahibkarlar Təşkilatı (MEDEF) arasında onlayn görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Energetika nazirinin müavini Elnur Soltanov və “MEDEF International”ın icraçı direktoru Filip Qotienin rəhbərliyi və 20-dən çox şirkətin iştirakı ilə keçirilən videokonfransa, həmçinin Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və Fransanın ölkəmizdəki səfiri Zakari Qross da qatılıb.

“Abşeron” layihəsini enerji sahəsində Azərbaycan-Fransa əməkdaşlığının töhfəsi kimi qiymətləndirən nazir müavini ölkəmizin enerji sektorunun müasir mərhələdə inkişafına dair məlumatları diqqətə çatdırıb. Bərpaolunan enerji, elektroenergetika və enerji səmərəliliyi sahəsində görülən işlərdən, hazırlanmış yeni qanunvericilik bazası və 2030-cu ilə kimi qarşıya qoyulmuş hədəflərdən bəhs edilib. Bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğu qeyd edilib.

Sonra “Azərbaycanda enerji sahəsinə investisiya imkanları” adlı təqdimat nümayiş etdirilib və iş adamlarının sualları cavablandırılıb.

Xatırladaq ki, “MEDEF International” Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.