İQTİSADİYYAT


Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-də İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə M.Cabbarov Azərbaycanın qonşu Gürcüstanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır.

İqtisadiyyat naziri qeyd edib ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri N.Turnava ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edərək ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətlərı barədə fikirlərini bölüşüb, Azərbaycanı birgə layihələrdə iştiraka dəvət edib.

Görüşdə ölkələrimizin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi, Azərbaycanın Bakı Limanı ilə Gürcüstanın Poti limanı arasında əməkdaşlığın qurulması, biznes forum və işgüzar görüşlərin təşkili və sair məsələlər müzakirə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.