İQTİSADİYYAT


Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizlərinin potensialının artırılması müzakirə olunub

Bakı, 19 sentyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava ilə görüşüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycan və Gürcüstan üzərindən keçən nəqliyyat dəhlizlərinin potensialının artırılması müzakirə olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun istismarının ölkələrimiz arasında yükdaşımalarının inkişafına təsiri barədə fikir mübadiləsi aparılıb. Həmçinin beynəlxalq yükdaşımalarında tətbiq olunan tariflər müzakirə edilib. Eyni zamanda, ölkələrimiz arasında aviasiya, avtomobil nəqliyyatı, su nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.