İQTİSADİYYAT
Azərbaycan və Gürcüstanın birgə tarif siyasəti nəticəsində tranzit yükdaşımaları əhəmiyyətli dərəcədə artıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan və Gürcüstanın birgə tarif siyasəti nəticəsində tranzit yükdaşımaları əhəmiyyətli dərəcədə artıb. Bu ilin
yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə neftin nəqli 4 dəfə, avtomobil nəqliyyatı ilə yükdaşımalar 2,3
dəfə artıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin
Mustafayev Tbilisidə Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə
görüşündə deyib.
Nazir Azərbaycan və Gürcüstanın birgə layihəsi olan "Enerji körpüsü"nün uğurla həyata keçirildiyini diqqətə çatdırıb.