MƏDƏNİYYƏT


Azərbaycan və İran rejissorlarının çəkdiyi film Tehranda nümayiş olunacaq

Tehran, 12 yanvar, AZƏRTAC

İran ilə Azərbaycanın mədəniyyət sahəsində əməkdaşlığı yeni sənət əsərinin ortaya çıxmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın tanınmış kino rejissoru Əmir Sahib Rezavi deyib. O bildirib ki, Azərbaycanın tanınmış kino rejissoru İlham Qasımov ilə birgə lentə aldıqları “Məhəbbət qalası” filmi bu il Tehranda keçiriləcək 37-ci “Fəcr” film festivalında nümayiş olunacaq. İranlı rejissorun sözlərinə görə film mükafata iddialıdır.

Çəkilişlər ötən il ərzində Bakıda və İranın Mişkənşəhər şəhərlərində aparılıb. Azərbaycan və İran sənətçilərinin çəkdiyi film həmişə aktual olan məhəbbət mövzusuna həsr edilib.

Filmin süjet xəttinə görə Bakı hökmdarı Yaqub şahın gözəl bir qızı var. Bu qıza çoxları aşiq olur və onunla ailə qurmaq istəyirlər. Azərbaycana gələn təbrizli bir gənc oğlan da qıza aşiq olaraq onu səmimi qəlbdən sevir. Lakin Dadaş adlı şahzadə də qızı sevdiyi üçün təbrizli gəncə rəqib olur.

Filmdə Azərbaycan və İran aktyorları Rza Naci, Ziya Ağa, Elməddin Cəfərov, Çinarə Məlikzadə, Kəmalə Pirimova və başqaları yer alıblar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.