ELM VƏ TƏHSİL
Azərbaycan və İranın elmi müəssisələri arasında əlaqələrin genişlənməsi hər iki tərəf üçün faydalıdır
Bakı, 7 mart, AZƏRTAC
İranın Gilan Universitetinin Gilanşünaslıq Tədqiqat Mərkəzinin bir qrup alimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə iranlı alimlər bu elm müəssisəsinin direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. G.Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunda iranşünaslıq sahəsində görülən işlərlə bağlı məlumat verib, müəssisələr arasında elmi əlaqələrin genişlənməsinin hər iki tərəfin alimləri üçün faydalı ola biləcəyini qeyd edib.
İranlı alimlər elmi işlərindən söz açıb, azərbaycanlı həmkarları ilə birgə tədqiqatlar aparmaq istəyində olduqlarını bildiriblər.
Sonra iranlı alimlər Şərqşünaslıq İnstitutu direktorunun müavini, akademik Şahin Mustafayevlə görüşüb, əməkdaşlıq və birgə elmi layihələr həyata keçirmək imkanları barədə müzakirələr aparıblar.
Daha sonra qonaqlar institutun iranşünas tarixçi alimləri ilə görüşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]