ELM VƏ TƏHSİL


Azərbaycan və İranın universitetləri birgə elmi layihələrin hazırlanmasında əməkdaşlıq edəcək

Bakı, 29 iyun, AZƏRTAC 

İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İran İslam Respublikasının Xarəzmi Universitetinin nümayəndə heyəti ilə görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, M.Babanlı görüşü gələcək birgə işlərin başlanğıcı kimi dəyərləndirib, Xarəzmi Universiteti ilə ikili proqramların tərtib edilməsi, yeni elmi layihələrin hazırlanması və mübadilə sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyib. Rektor bir çox istiqamətlərdə, xüsusən də informasiya texnologiyaları, cihazqayırma mühəndisliyi, neft və qazın avtomatlaşdırılması sahələrində birgə işlər görülməsinin əhəmiyyətinə toxunub.

Qonaqlar ADNSU ilə birgə elmi layihələrin həyata keçirilməsində və bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar. Xarəzmi Universitetinin nümayəndələri iki ali təhsil ocağının bu istiqamətdə fəaliyyətini birləşdirməsinin vacibliyini, ADNSU-nun startap layihələri ilə bağlı əməkdaşlığa önəm verdiklərini bildirib, ölkələrində bazara çıxarıla biləcək layihələrə dair məlumat veriblər.

Daha sonra qonaqlar universitetin “eazi START” startap məktəbində və Lazer Mərkəzində olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.