ELM VƏ TƏHSİL


Azərbaycan və İsveç tələbələri arasında dostluq əlaqələri yaradılır

Bakı, 6 noyabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana səfər edən İsveçdəki Antisemitizm və Ksenofobiyaya qarşı Gənc İnsanlar Dərnəyi (“Young people against Antisemitism and Xenophobia”) təşkilatının nümayəndələri Bakı Ali Neft Məktəbində (BANM) olublar.

BANM-dən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi İsveç və Azərbaycan tələbələri arasında ünsiyyətin formalaşması, dostluq əlaqələrinin qurulması, informasiya mübadiləsi olub.

BANM-in rektoru Elmar Qasımov qonaqlara rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Dünyada ilk neft quyusunun Azərbaycanda qazılmasını diqqətə çatdıran rektor ölkəmizin zəngin tarixi irsindən söz açıb.

Səfərin təşkilatçısı və qurumun Azərbaycan əsilli sədri Səyavuş Derəxti qonaqların İsveçdəki təşkilatın üzvləri olduğunu bildirib. BANM-in kampusu ilə yaxından tanış olan S.Derəxti Azərbaycanda dünya səviyyəli bir ali təhsil müəssisəsinin olması ilə qürur duyduğunu bildirib.

Sonra qonaqlar BANM-in tələbələri və müəllimləri ilə fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.