MƏDƏNİYYƏT


Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub

Bakı, 21 fevral, AZƏRTAC

İsveçrənin Cənubi Qafqaz üzrə Azərbaycandakı Əməkdaşlıq Bürosunun direktor müavini Simon Heberli Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) olub. Simon Heberli BMA-nın beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşüb.

BMA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və İsveçrə arasında mədəni sahədə ikitərəfli əməkdaşlığın perspektivləri, Azərbaycandakı İsveçrə Əməkdaşlıq Bürosu və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə İsveçrənin Milli Gününə həsr olunmuş konsert proqramı, ölkəmizdə keçirilən beynəlxalq musiqi tədbirləri haqqında danışılıb, bundan sonra birgə layihələrin keçirilməsi imkanları müzakirə olunub. Eyni zamanda, ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.