İQTİSADİYYAT


Azərbaycan və Kolumbiya arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Kolumbiya arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 20 sentyabr (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Əli Abbasov Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gater ilə görüşüb.

Ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından bəhs edən nazir əməkdaşlığın genişləndirilməsi üçün rabitə və yüksək texnologiyalar sahəsində mövcud potensialdan və perspektivlərdən söz açıb. Əli Abbasov kolumbiyalı həmkarı ilə keçirdiyi görüşləri və aparılan müzakirələri xatırladaraq bildirib ki, Kolumbiyanın Azərbaycanda səfirliyinin açılması iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək.

Azərbaycanda iqtisadi islahatların uğurla aparıldığını deyən

A.Gater ölkəsinin yüksək texnologiyalar sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. “Bakutel” sərgi-konfransını yüksək qiymətləndirən müvəqqəti işlər vəkili Kolumbiya şirkətlərinin bu il keçiriləcək tədbirə qatılacağını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.