SİYASƏT


Azərbaycan və Kuba Xarici İşlər nazirlərinin görüşü olub

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Kuba Respublikasının Xarici İşlər naziri Bruno Rodriges Parilya ilə görüşüb

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin kifayət qədər qədim tarixi köklərə malik olduğunu qeyd edərək, müasir mərhələdə də qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə ediblər.

Söhbət zamanı Azərbaycan ilə Kuba arasında həm ikitərəfli iqtisadi-ticari əməkdaşlığın həyata keçirilməsi, həm də qlobal təşəbbüslər çərçivəsində birgə səylərin vacibliyi vurğulanıb. Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əsasda göstərilən dəstəyin davam etdiriləcəyini bildiriblər. Eyni zamanda, BMT-nin 2030-cu il Gündəliyi çərçivəsində iqtisadi və humanitar inkişaf məqsədlərinə nail olunmasının vacibliyi qeyd edilib.

Nazirlər qarşılıqlı qaydada edilən əvvəlki səfərləri yada salaraq, bu cür təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir Bruno Rodriges Parilya Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidvar olduğunu ifadə edib.

E.Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətinə diqqət yetirib.

Nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumat verərək, işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlarda irəliləyişin əldə olunmadığını bildirib. Belə yanaşmanın beynəlxalq hüququn norma və prinsipləri, həmçinin BMT TŞ-nin müvafiq qətnamələrinə zidd olduğunu qeyd edib.

Görüşün sonunda nazir Bruno Rodriges Parilya Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.