SİYASƏT


Azərbaycan və Latviyanın hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə olunub

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya səfəri çərçivəsində bu ölkənin Baş Nazirinin müavini, Müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı tərəflər hər iki ölkə arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə mövcud əməkdaşlıq və gələcək perspektivlər barəsində fikir mübadiləsi aparıblar.

Bölgədə mövcud olan təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Elmar Məmmədyarov regional təhlükəsizliyə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə qarşı tərəfi məlumatlandırıb.

Tərəflər iki ölkənin hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı məsələsini müzakirə ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, səfər mübadiləsinin reallaşdırılması müzakirə olunub.

Görüşdən sonra nazir Elmar Məmmədyarov Latviyanın İşğal Muzeyinə baş çəkib və muzeydəki material və eksponatlarla tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.