İQTİSADİYYAT


Azərbaycan və Macarıstan hökumətləri arasında Birgə Komissiyanın növbəti iclası keçiriləcək

Bakı, 8 fevral, AZƏRTAC

Yaxın vaxtlarda Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasının keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayevlə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin xarici iqtisadi işlər üzrə Dövlət Katibinin müavini Katalin Biharinin görüşündə bildirilib.

Qeyd edək ki, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartodur.

Görüşdə Azərbaycanla Macarıstanın əlaqələrinin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əməkdaşlıq istiqamətlərinin getdikcə genişləndiyi vurğulanıb, sosial sahədə də əlaqələrin inkişaf etməkdə olduğu qeyd olunub.

İkitərəfli əməkdaşlıq gündəliyinə, bərpa olunan enerji və enerji səmərəliliyi, ticarət və investisiya, kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Birgə Komissiyanın Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək 9-cu iclasına hazırlıq, biznes forumların davam etdirilməsi, Birgə Komissiya çərçivəsində növbəti Azərbaycan-Macarıstan Biznes Forumunun təşkili məsələləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.