İQTİSADİYYAT


Azərbaycan və Macarıstan ticarət evləri açmağı planlaşdırırlar

Bakı, 29 iyun, AZƏRTAC

Macarıstan Azərbaycanda Ticarət Evi açmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Azərbaycan-Macarıstan əlaqələrinin siyasi, iqtisadi, humanitar sahələrdə yüksək səviyyədə inkişaf etdiyini deyən nazir bu əlaqələrin inkişafından və mövcud durumdan razı olduqlarını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan və Macarıstan strateji tərəfdaşdırlar. İqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, təhsil sahələrində uğurlarımız çoxdur. Ölkələrimiz arasında ticarət dövriyyəsi ilbəil artır. Gələcək əməkdaşlıq üçün geniş imkanlarımız mövcuddur.

"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüş zamanı bu sahələrdə olan əməkdaşlıqdan danışdıq, perspektivləri müzakirə etdik. Konkret layihələr haqqında danışarkən həm Azərbaycanda, həm Macarıstan ticarət evlərinin açılması perspektivlərini müzakirə etdik. Macar tərəfi Azərbaycanda ticarət evi açmaq niyyətindədir. Azərbaycan da Budapeştdə belə bir evin yaradılmasında maraqlıdır. Macarıstanın farmasevtika sahəsində geniş zəngin təcrübəsi var, bu sahədə də əməkdaşlıq imkanlarını müzakirə etdik. Eyni zamanda, görüşdə macar tərəfinə Azərbaycanda görülən işlər, tranzit imkanları haqqında, o cümlədən Bakı-Tbilisi-Qars layihəsinin və Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin başa çatdırılması, Şimal-Cənub Nəqliyyat Dəhlizinin mövcud durumu və macar şirkətləri tərəfindən bu layihələrdən istifadə olunması imkanları haqqında geniş məlumat verildi", - deyə nazir qeyd edib.

Şahin Mustafayev görüş çərçivəsində macar dilinin Azərbaycan Dillər Universitetində tədrisi haqqında Azərbaycan Dillər Universiteti ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi arasında müqavilə imzalandığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.