MƏDƏNİYYƏT


Azərbaycan və Malayziya arasında turizm əlaqələri müzakirə edilib

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci konfransı çərçivəsində Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Malayziyanın mədəniyyət, incəsənət və turizm naziri Həcəh Nansi Şükri arasında görüş keçirilib.

DTA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Asiya turizm bazarının Azərbaycan üçün önəmli olduğunu qeyd edən Fuad Nağıyev Dövlət Turizm Agentliyinin bu istiqamətdə Asiya ölkələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Agentlik sədri Azərbaycanın Malayziya ilə də turizm sahəsində əməkdaşlığa maraq göstərdiyini, qarşılıqlı infoturların və turist səfərlərinin təşkilində aktiv fəaliyyət göstərməyə hazır olduğunu deyib.

Fuad Nağıyev çıxışı zamanı 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı Malayziya həsr olunmuş mədəniyyət günlərinin təşkil edildiyini və bu hadisənin paytaxt Bakıda böyük marağa səbəb olduğunu həmkarının diqqətə çatdırıb.

Azərbaycanla Malayziya arasında birbaşa uçuşların təşkil edilməsinin önəminə toxunan Malayziyanın mədəniyyət, incəsənət və turizm naziri Həcəh Nansi Şükri Malayziya üçün Azərbaycanla turizm əlaqələrinin inkişafının əhəmiyyət kəsb etdiyini, ölkəsinin turist axınının artırılmasında qarşılıqlı əməkdaşlıq etməyə və bu çərçivədə birgə turların həyata keçirilməsinə hazır olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.