MƏDƏNİYYƏT


Azərbaycan və Meksikanın turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 14 fevral, AZƏRTAC

Dövlət Turizm Agentliyinin (DTA) Meksikada keçirilən beynəlxalq tədbirlər haqqında məlumatlandırılması, Azərbaycan turizm şirkətlərinin həmin tədbirlərə cəlb edilməsi məsələsi fevralın 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores arasında görüş çərçivəsində razılaşdırılıb.

DTA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə səfir Meksikanın turizm potensialı və burada geniş yayılmış tematik turizm üzrə mövcud təcrübə barəsində məlumat verib.

Ölkələrarası nəqliyyat əlaqələrinin turistlər üçün asanlaşdırılması məqsədilə cari ilin avqust ayından etibarən Türk Hava Yolları vasitəsilə həyata keçiriləcək İstanbul-Mexico-Kankun-İstanbul uçuşlarından istifadə edilməsi təklif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.