Azərbaycan və Monqolustan universitetləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
Ölkəmizə səfər edən Monqolustan Gimnastika Federasiyasının icraçı direktoru və baş katibi, Monqolustan Elm və Texnologiya Universitetinin professoru Yeruulbat Galbadrakhın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor Vilayət Vəliyevlə keçirilən görüşdə iki universitet arasında bərpaolunan enerji, nəqliyyat və logistika, sənaye, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Monqolustanlı qonaqlar AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Qeyd olunub ki, universitetlər arasında əməkdaşlıq əlaqələrinin yaranması iki ölkənin elm və təhsil sahəsinin inkişafına öz töhfəsini verəcək.



Xəbərin mətnində orfoqrafik səhv var