MƏDƏNİYYƏT


Azərbaycan və Özbəkistan Daxili İşlər nazirliklərinin nümayəndələri Daşkənddə Heydər Əliyev adına mərkəzdə olublar

Daşkənd, 5 oktyabr, АZƏRTAC

Azərbaycan və Özbəkistan Daxili İşlər nazirlikləri arasında Əlaqələndirmə işçi qrupunun Daşkənddə keçirilən birinci iclasının iştirakçıları Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) olublar.

Qonaqlar Mərkəzdəki Heydər Əliyev və Azərbaycan Dövlətçilik Tarixi muzeylərindəki eksponatlarla tanış olub, mərkəzin tədris sahələrinə və sinif otaqlarına baxıblar.

Mərkəzin direktoru Samir Abbasov qonaqlara muzeylərdəki eksponatlar, burada keçirilən tədbirlər haqqında məlumat verib. O deyib ki, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi qısa müddət əvvəl yenidənqurmadan sonra istifadəyə verilib və eksponat fondu zənginləşib.

Xatırladaq ki, Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun rəhbərliyi ilə nümayəndə heyəti oktyabrın 4-də Daşkənddə Azərbaycan və Özbəkistan Daxili İşlər nazirlikləri arasında Əlaqələndirmə işçi qrupunun birinci iclasında iştirak edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.