ELM VƏ TƏHSİL


Azərbaycan və Özbəkistan arxeoloqları arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 27 aprel, AZƏRTAC

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova Özbəkistan Elmlər Akademiyası Milli Arxeologiya Mərkəzinin Y.Qulamov adına Səmərqənd Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix elmləri namizədi Aysulu İsgəndərova ilə görüşüb.

Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüş zamanı orta əsrlər Özbəkistan keramikası üzrə tanınmış mütəxəssis Aysulu İsgəndərovanın təmsil etdiyi elmi-tədqiqat müəssisəsi ilə əməkdaşlığın perspektivləri, yaxın gələcəkdə iki qurum arasında əməkdaşlıq memorandumunun tərtib olunması məsələsi müzakirə edilib. Memorandumda birgə elmi-tədqiqat layihələrinin təşkili, elmi-tədqiqat əsərlərinin və dövri elmi nəşrlərin qarşılıqlı abunəsi, gənc tədqiqatçıların təcrübə mübadiləsi və s. istiqamətlər üzrə uzunmüddətli fəaliyyət nəzərdə tutulur.

Professor Maisə Rəhimova özbəkistanlı qonağa bildirib ki, tarixi kökləri eyni olan iki xalqın müxtəlif sahələr üzrə, xüsusilə də elmi tədqiqatlar üzrə birgə əməkdaşlığı yalnız təqdirəlayiqdir və qarşılıqlı əməkdaşlıq üzrə fəaliyyət memorandumunun yaxın gələcəkdə tərtibi və imzalanması üzrə işlər rəhbəri olduğu müəssisə tərəfindən dəstəklənəcək.

Görüşdə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Tarix Dostiyev də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.