SİYASƏT


Azərbaycan və Qazaxıstan Mərkəzi Seçki komissiyaları arasında Anlaşma Memorandumu imzalanıb

Astana, 2 noyabr, AZƏRTAC

Noyabrın 1-2-də Qazaxıstanın paytaxtı Astanada keçirilən “Seçkilərdə müasir texnologiyaların rolu: standartların təkmilləşdirilməsi, ictimai etimad” mövzusunda beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

AZƏRTAC xəbər verir ki, konfransda iştirak edən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səfər çərçivəsində qazaxıstanlı həmkarı ilə yanaşı, bir sıra ölkələrin seçki idarəetmə qurumlarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçirib, seçkilərlə bağlı müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Noyabrın 2-də Astanada Azərbaycan və Qazaxıstan Mərkəzi Seçki komissiyaları arasında Anlaşma Memorandumu da imzalanıb. Memorandumu Azərbaycan Mərkəzi Seçki Komissiyası adından sədr Məzahir Pənahov və Qazaxıstan Mərkəzi Seçki Komissiyası adından sədr Berik İmaşev imzalayıblar.

Anlaşma Memorandumu bütün sahələrdə əlaqələri ildən-ilə genişlənən Azərbaycan və Qazaxıstan ali seçki qurumları arasında münasibətlərin intensivləşdirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi daşıyır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.