İQTİSADİYYAT


Azərbaycan və Qazaxıstan TASİM-in sualtı seqmentinin tikintisi barədə razılığa gəliblər

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan və Qazaxıstan Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) sualtı seqmentinin tikintisi barədə razılıq əldə ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Qeyd olunub ki, Qazaxıstan ilə müqavilənin ilin birinci yarısında imzalanacağı gözlənilir və artıq ilin sonuna kimi tikinti işlərinə başlamaq olar. Hazırda TASİM layihəsinə Rusiya (operator "Rostelekom"), Qazaxıstan ("KazTransKom"), Türkiyə ("TurkTelecom"), Çin ("ChinaTelecom") cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.