İQTİSADİYYAT


Azərbaycan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə Baş nazirin müavini - ticarət və inteqrasiya naziri Baxıt Sultanovdur.

Nazir Pərviz Şahbazov bildirib ki, Hökumətlərarası Komissiyanın XVIII iclasında iki ölkə arasında iqtisadiyyat, enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları, mədəniyyət, idman, turizm, səhiyyə, təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.