CƏMİYYƏT


Azərbaycan və Qazaxıstan arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimovla görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

Mədət Quliyev səfirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə yaradılıb. Nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, Ermənistanın hərbi qüvvələrinin hücumları nəticəsində dəyən zərərlər barədə qonağı məlumatlandırıb.

Səfir Serjan Abdıkarimov diplomatik fəaliyyəti dövründə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.