ELM VƏ TƏHSİL


Azərbaycan və Qazaxıstanın universitetləri arasında ikili diplom müqaviləsi imzalanıb

Bakı, 20 noyabr, AZƏRTAC

Qazaxıstanın Atıraus Neft və Qaz Universitetinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov AzTU-nun son nailiyyətlərindən, beynəlxalq əlaqələrindən danışıb.

Atıraus Neft və Qaz Universitetinin biznes iqtisadiyyatı və informasiya texnologiyaları fakültəsinin dekanı, professor Akmaral Jalqasbayeva təmsil etdiyi universitetin fəaliyyəti haqqında məlumat verib və hər iki ali məktəbdə tədris olunan ixtisasların imkanlarını diqqətə çatdırıb.

Görüşdə hər iki ali təhsil müəssisəsində tədris olunan ixtisaslar üzrə əməkdaşlığın mümkün şərtləri müzakirə olunub.

Daha sonra hər iki universitet arasında ikili diplom müqaviləsi imzalanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.