SİYASƏT


Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Azərbaycan Xarici İşlər nazirinin təşəbbüsü ilə Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov rusiyalı həmkarına Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsdən sonra ikinci dəfə mənfur raket hücumunun həyata keçirildiyini bildirib. Raket atəşinin mülki əhali arasında ağır itkilərə səbəb olduğunu söyləyən nazir, bu müharibə cinayətinin məsuliyyətinin Ermənistan rəhbərliyinin üzərində olduğunu vurğulayıb.

Xarici İşlər naziri Sergey Lavrov hansı şəraitdə olursa olsun mülki şəxslərin tələfatının qəbuledilməz olduğunu bildirib. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baza prinsipləri əsasında mahiyyət üzrə danışıqlara başlanılmasının zəruriliyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.