SİYASƏT


Azərbaycan və Rusiya hərbi maliyyəçilərinin işçi görüşü keçirilib

Bakı, 12 aprel, AZƏRTAC 

Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2019-cu il üçün əməkdaşlıq planına əsasən, Bakıda “Silahlı qüvvələrin maliyyə təminatı sahəsində təcrübə mübadiləsi” mövzusunda işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxslərinin və mütəxəssislərin çıxışları olub, qarşılıqlı fikir mübadiləsi aparılaraq qabaqcıl təcrübənin tətbiqinə dair təkliflər dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.