İQTİSADİYYAT


Azərbaycan və Rusiya hesablama palataları arasında videokonfrans keçirilib

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Azərbaycan və Rusiya hesablama palataları arasında videokonfrans keçirilib.

Azərbaycanın Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, videokonfransda Azərbaycan və Rusiyanın kənar dövlət maliyyə nəzarəti orqanlarının əməkdaşları iştirak ediblər. Konfrans makroiqtisadi göstəricilərin təhlili ilə bağlı hər iki ölkənin hesablama palatalarının təcrübəsi, həmçinin bu sahədə fəaliyyətin genişləndirilməsi məsələlərinə həsr olunub.

Videokonfransı giriş sözü ilə Rusiya tərəfdən Strateji audit departamentinin direktoru Anton Kosyanenko, Azərbaycan tərəfdən İcmal-analitik şöbənin müdiri Vəfa Mütəllimova açıb. Videokonfransda A.Kosyanenko "Sosial-iqtisadi inkişafın proqnoz parametrlərinin əsaslılığının qiymətləndirilməsinin Rusiya təcrübəsi" və "Makroiqtisadi göstəricilərin əsaslılığının auditi üzrə metodiki təlimatın hazırlanması üçün əsas yanaşmalar" mövzularında təqdimat edib.

İcmal-analitik şöbənin müdir müavini Zaur Vəliyev "Büdcə proqnozlaşdırılmasının makroiqtisadi əsasları və onun büdcə proseslərinə təsiri" mövzusunda təqdimatla çıxış edib, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən dövlət büdcəsinin layihəsi və icrasına dair hazırlanan rəylərdə əks etdirilən makroiqtisadi təhlillər barədə məlumat verib.

Konfransın nəticəsi olaraq təcrübə mübadiləsinin davamlı surətdə həyata keçirilməsi, eyni zamanda digər ölkələrin ali audit orqanlarının da müzakirələrə dəvət edilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.