İQTİSADİYYAT
Azərbaycan və Rusiya iş adamları arasında əməkdaşlıq barədə müzakirələr aparılıb
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Rusiya Federasiyasının Omsk vilayətindən olan iş adamları ilə ölkəmizin iş adamları arasında keçirilən işgüzar görüşdə əməkdaşlıq barədə müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, elektroenergetika, səhiyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən 40-dan çox sahibkar iştirak edib.
AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev Azərbaycan iqtisadiyyatı, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, rusiyalı sahibkarları əməkdaşlığı genişləndirməyə dəvət edib.
Rusiya Federasiyasının Omsk vilayətinin İxraca Dəstək Mərkəzinin nümayəndəsi Polina Şut Omsk vilayətinin iqtisadi imkanlarına dair təqdimatla çıxış edib.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]